Saçlarındakı bitlərdən xilas olmaq istən qızlar həyatlarını təhlükəyə atdılar
APA TV -nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb. 2010-cu il təvəllüdlü Aysu Məmmədova, onun həmyaşıdı Məryəm Hacıyeva Gəncə şəhər Abbas Səhət adına 1-saylı şəhər xəstəxanasına, 2011-ci il təvəllüdlü Şərqiyyə Rüstəmova və 2010- cu il təvəllüdlü Könül Hacıyeva zəhərlənmə diqanozu ilə Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir. Xəstəxanadan bildirilib ki, zəhərlənən qızlardan Aysu Məmmədova, Məryəm Hacıyeva və Şərqiyyə Rüstəmova vəziyyətləri ağır olduğu üçün Bakı şəhərində yerləşən Respublika Toksikologiya Mərkəzinə göndərilib. Məlumata görə qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər. Qeyd edək ki, zəhərlənən qızlar bir-birləri ilə qohumdurlar. Hazırda Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda ev almaq istəyənlər üçün ucuz ərazilər – qiymətlər açıqlandı
Ağdərədə müasir rabitə infrastrukturu qurulur
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?