Şagird içəri girəndə müəllim divarı tutur ki, məktəb uçmasın

# 10:00
3 mart 2023

Söhbət Masallı rayonunun Mollahəsənli kəndində şəhid Rasim Əliyev adına orta məktəbin binasından gedir. Bu məktəbin şagirdləri hələ də II Dünya müharibəsindən qalan binada təhsil alır. Məktəb binası indi elə vəziyyətə düşüb ki, müəllimlər müəllimlikdən başqa həm də şagirdlərin cangüdənidilər. Günü gündən çatları daha da çoxalan bina 1943-cü ildə tikilib, istifadəyə verilib.

Şagirdlərin sinif otağına təhlükəsiz girməsi üçün müəllimlər və texniki işçilər növbə ilə qapıda dururlar ki, divar uçmasın.

247 şagirdi olan məktəb iki növbədə fəaliyyət göstərir. Şagirdlərin təlim – tərbiyyəsi ilə 22 müəllim, ümumi isə 35 nəfərlik kollektiv məşğul olur. Otaqların isidilməsi üçün odun peçlərindən istifadə edilir. Məktəbin dam örtüyü çökmək üzrədir. Artıq bəzi valideyinlər uşaqlarını məktəbə göndərməkdən imtina edirlər.

Məlumat olaraq bildirək ki, son 5 ildə Masallı rayonunda 11 məktəb binası tikilib istifadəyə verilib. 24 məktəbdə isə cari təmir işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR