Şagirdi öldürən məktəbli deyilmiş – Başqa bıçaqlananlar da var - İDDİA
Bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb. Məlumata görə onu bıçaqlayan şəxs məktəbli deyilmiş. Qətl hadisəsi valideynlər arasında təşvişə səbəb olub. Məktəbin digər şagirdlərinin valideynləri də övladlarının həyatından narahatdırlar. Hadisə yerinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəsmiləri də gəlib. Qurumun nümayəndələrinin sözlərinə görə, qətl məktəbin həyətində yox kənarda baş verib. Qətl törətməkdə şübhəli bilinərək saxlanılan 2007-ci il təvəllüdlü Fərid Şabanov hadisədən əvvəl məktəbə daxil olmağa çalışıb, içəri girə bilmədikdə isə məktəbdən çıxarılarkən şagirdlərlə mübahisə edib. Artıq keçirilən əməliyyat tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən yeniyetmə Fərid Şabanov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Baş vermiş hadisə ilə bağlı Baş Prokurorluqda məlumat yayıb. Qətl hadisəsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib