Şagirdlərimiz Oksfordu fəth etdi: Medalın sayı-hesabı yoxdu

# 15:58
8 avqust 2022

Azərbaycanlı şagirdlər İngiltərədə keçirilən Teeneagle (tiniql) beynəlxalq ingilis dili olimpiadasında qızıl, gümüş və bürünc medallara layiq görülüblər. Yarış fevral ayında keçirilsə də, təqdimetmə mərasimi ötən gün Böyük Britaniyanın ən məşhur universitetlərindən olan Oksford Universitetində baş tutub. Müxtəlif məktəb və liseylərdən olan bu uşaqların H.Əliyev beynəlxalq hava limanında təşkil edilən qarşılanma mərasimi xoş anlarla yadda qaldı. Zirvə liseyinin, İngiltərədə fəaliyyət göstərən Oscar educationun və Brooke House Collegin birgə təşkilatçılığı ilə təşkil olunan teeneagle beynəlxalq ingilis dili olimpiadasının Londonda təşkil olunan final mərhələsində ölkəmizin müxtəlif şəhər və rayonlarından ümumilikdə 35 şagird iştirak edib. Qeyd edək ki, 30-a yaxın ölkədən 400-dən artıq şagirdin iştirak etdiyi beynəlxalq olimpiadada şagirdlərimiz 7 qızıl, 6 gümüş və 13 bürünc medalla vətənə dönüblər. Xatırladaq ki, olimpiada çərçivəsində keçirilən “talant şou”da da şagirdlərimiz öz bacarıqlarını nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR