“Şahdağ”da qeyri-adi idman növü - Mogul nədir?

# 15:12
27 fevral 2023

Fevralın 25-də Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə olaraq xizək fristaylının “mogul” növü üzrə master-klass keçirilib.Şahdağ” Turizm Mərkəzində baş tutan təlim çərçivəsində Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə və həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər.

Təlimin keçirilməsinin məqsədi Azərbaycanda qiş idman növlərini təbliğ etmək, xizək fristaylının “mogul” növünü Azərbaycanda tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.

Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.Səfir Azərbaycanda müxtəlif qış idman növləri üçün əlverişli şəraitin və mərkəzlərin olduğunu deyib.

Bu cür yarışların keçirilməsinin əsas məqsədi,Azərbaycanda qış idman növlərini təşviq etmək,populyarlaşdırmaq,insanlarda bu idman növünə sevgi  yaratmaq,ən əsas məqsədimiz olimpia oyunlarına yerli,milli azərbaycanlıları göndərməkdir.

Qeyd edək ki, xizək fristaylının “mogul” növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR