Şahinlərimiz Vətən Müharibəsində necə iştirak edib?

# 17:39
14 fevral 2022

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür.

Bu münasibətlə Azərbaycan Hərb Tarixi muzeyinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Hərbi Hava Qüvvələrinin peşə bayramına həsr olunmuş “Hava şahinlərimizin vətən müharibəsində rolu” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Hərbi Hava Qüvvələrinin general-mayoru, Vətən Müharibəsi qəhrəmanı Namiq İslamzadə şəxsi heyəti təbrik edib, onların 44 günlük müharibədə göstərdiyi şücaətdən söz açıb.

 

Azərbaycan Hərb Tarixi muzeyinin rəisi Əzizağa Qənizadə tədbirdə iştirak edən təyyarəçiləri təbrik edib, onlara uğurlar arzu edib.


 

Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması 1992-ci ilə təsadüf edir. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. 


Semral Cavad
Ceyhun Mustafayev
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR