Sakinlər kanalizasiya problemlərindən zara gəldi 

# 16:06
29 yanvar 2022

Ucarın bir neçə küçəsində kanalizasiya ilə bağlı ciddi problem yaşanır.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon mərkəzində yerləşən Vidadi, Vaqif və Şirvan küçənin sakinləri uzun müddətdir ki yaranmış  kanalizasiya problemindən əzioyyət çəkirlər. Sakinlər deyir ki, Ucar rayonunda kanalizasiya sistemi qurulanda çox sevinsələr də sevincləri gözlərində qalıb. Çünki, hələ də antisanitar vəziyyətdən, evlərə dolan üfunətli kanalizasiya qoxusundan hələ də canlarını qurtara bilməyiblər. 

Sakinlər deyir ki, bu küçələrdə 457 təsərrüfat var ki, onların da hər biri, əsasən də yay aylarında sözün əsil mənasında cəhənnəm əzabı çəkirlər.  

- Rayonun bütün müvafiq qurumlarına müraciət olunub. Hər dəfə vəd verirlər ki, boru salınacaq, kanalizasiya təmizlənəcək. Lakin bu günə kimi heç bir ölçü götürən yoxdur.               

- 50 ildir ki, bu küçədə yaşayıram. Bu dövrdə cəmi bircə dəfə kanalizasiyada yüngül bərpa işləri aparılıb. Müvafiq orqanlara da müraciət olunub. Hər dəfə müraciət olunanda vəd verilir. Nəticə isə yoxdur.

Ucar Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Asəm Kərimov yaranmış problemə münasibət bildirərkən qeyd etdi ki, problemdən xəbərdardırlar:  “Mütəmadi olaraq üstüaçıq kanalizasiyalar təmizlənir. Vətəndaşların kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı bəzi müraciətləri olub. Bu bizim idarənin səlahiyyətlərinə aid bir məsələ deyil.” 

Ucar RİH-nin şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimov şifahi olaraq APA TV-yə açıqlamasında qeyd etdi ki, adı çəkilən küçədəki vəziyyət  əlaqədar tədbir görmək icra hakimiyyətinin səlahiyyəti xaricindədir. Onun sözlərinə görə, bu işin görülməsi üçün külli miqdarda vəsait lazımdır ki, hazırda bu vəsait icra hakimiyyətinin balansında yoxdur.

Abdulla İbrahimov onu da qeyd etdi ki, 2012-ci ildə Ucar rayonunda kanalizasiya sisteminin cəmi 18 faizi yenidən qurulub.

 Zahid Abışov, Devran Əsgərov                                                                                                                             

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR