Sakinlər sahibsiz itlərin hücumuna məruz qalır

# 19:08
22 fevral 2022

Ucarda sahibsiz itlər sakinlərə ciddi problem yaradır.

APA TV-nin yerli bürosunun xəbərinə görə, vətəndaşlar yaranmış problemin hansı quruma aid olduğunu və kimə müraciət etmək lazım olduğunu belə bilmirlər. Onlar deyir ki, rayonda hansı quruma şikayət ediriksə deyirlər bizlik deyil. Sakinlər deyir ki, vəziyyət günü-gündən çətinləşir.

Ucar Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Asəm Kərimov mövcud vəziyyətdən xəbərdar olduğunu bildirdi. O qeyd etdi ki, bu məsələnin həlli onlara aid deyil. Onun sözlərinə görə, idarənin işi məişət tullantılarının yığışdırılması ilə bağlıdır. Şəhər icra nümayəndəsi Abdulla İbrahimov şifahi olaraq şikayətçi sakinlərin haqlı olduğunu bildirdi.  O qeyd etdi ki, nəinki Ucarda hətta yaxın rayonlarda belə heyvanların reabilitasiya mərkəzi yoxdur. Məsələ rayon rəhbərliyinin diqqətinə çatdırılacaq və həlli yolunda tədbirlər həyata keçiriləcək.  

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR