Sakinlər su istəyir, məsul şəxslər isə deyir ki, problemin həlli allaha qalıb

# 18:48
30 sentyabr 2021

Kürdəmirdə içməli  su ilə bağlı problem yaşanır.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Çöhranlı kənd sakinləri susuzluqdan əziyyət çəkdiklərini deyirlər. Onların bildirir ki,  rayonda 2 ildir su qıtlığı yaranıb. Bu iki il ərzində kəndə demək olar ki, su verilmir.

Çəkiliş apardığımız vaxt şahidi olduq ki, su arxlarına uzun müddətdir ki, su gəlmədiyindən torpağın üst qatı çartlayıb.  

                                                                                                                                         Məsələyə münasibət bildirən Kürdəmir rayonunun Çöhranlı kənd sudan istifadə edənlər birliyinin rəhbəri Emin Mikayılov bildirdi ki, adı çəkilən kəndə suyun verilməməsinin səbəbi Şirvan su kanalında suyun az olması ilə əlaqədardır.

Emin Mikayılov yaxın gələcəkdə də Çöhranlı kəndinə suyun verilib – verilməyəcəyi ilə bağlı sualımıza cavab verərkən bildirdi ki, kəndlilərin probleminin həlli  Allahın  ümidinə qalıb. O qeyd edib ki, su bol olacaqsa kənd su ilə təmin olunacaq.   

 Zahid Abışov, Devran Əsgərov, APA TV                                                                                                                      

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR