Şalvar tapa bilməyən erməni generallar

# 14:02
3 dekabr 2022

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan sosial şəbəkələrdə diqqət çəkən paylaşım edib.

Deputat bildirib ki, orduda hələ də xaos, hərbi məsələlərə qeyri-ciddi yanaşma davam edir.

 

Abramyan bildirib ki, erməni ordusunda intizamsızlıq rəhbərlik səviyyəsindədir: “Hərbi nizam-intizamdan danışırlar. Bu fotoda hər şey ifadə olunub. Ön planda müdafiə naziri ilə yanaşı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi də daxil olmaqla, üç yüksək rütbəli hərbçi diqqət çəkir. Onların müxtəlif səliqəsiz geyim formalarında olması bir yana, çiyinlərindəki rütbələri də hərəsi bir yana əyilib, qarışıqdır. Hətta hərbi şalvarları belə gödəkçələrindən tam fərqlidir. Nizam-intizam vahid və səliqəli formadan, zahiri görkəmdən, düzgün geyimdən başlayır. Mən hələ arxa planda olanları, onların müxtəlif geyimlərə üstünlük vermələrini demirəm".

 

Ermənilərin özləri bu görüntüləri gülüş hədəfinə çevriblər. Hətta bəzi siyasi fəallar ordu rəhbərlərini lağa qoyaraq "bəlkə həyəcan siqnalı veriləndən sonra tələsik bir-birinin şalvarını geyiniblər?", "Nə etsinlər. dəst forma ala bilmirlər deyə, əvvəlki şalvarlarını geyinirlər" kimi fikirlər yazıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR