Salyan sakini səkini hasara alıb, ərazini şəxsi mülkünə qatdı

# 14:29
2 sentyabr 2022

Salyan şəhəri S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evinin qarşısından keçən səki vətəndaş  tərəfindən hasarlanıb və sakinlər səkidən keçə bilmir.

Sakinlərin APA TV –nin yerli bürosuna verdiyi məlumata görə, səkinin böyük bir hissəsi hasarlandığı üçün məcbur olub avtomobil yolu ilə gedirlər. Salyan sakini Elçin Bədəlov deyir ki, dəfələrlə hasarı çəkən qonşusu Elxan Əkbərovla ilə danışıb, hasarı sökməsini istəsə də heç bir nəticə əldə etməyib.  Qonşu qapısının qarşısından keçən səkidə yaratdığı “cah-calal”dan imtina etmək niyyətində deyil.  

Elçin Bədəlovun şikayətini dinlədikdən sonra Elxan Əkbərovun da qapısını döydük, onun da fikrini öyrənmək istədik. Amma qapını açan olmadı.

Biz də məsələ ilə bağlı Salyan şəhər bələdiyyəsinin sədri Sərvəddin Cəfərovu axtardıq ki, öyrənək görək bələdiyyə bu “cah-calal”a niyə göz yumur? Mobil telefonumuza cavab verən bələdiyyə sədri bizə bunları dedi.  

Deyilənlərə inansaq, məsələ tezliklə öz həllini tapacaq. Şikayətçiyə isə məhkəmənin qərarını və qərarın icrasını gözləmək qalır.

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR