Salyanda evakuator piyadanı vurdu
Salyanda şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vuraraq öldürüb.
APA-nn Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsədə qeydə alınıb. Şirvan şəhər sakini Bağırov Bilal Ramil oğlunun idarə etdiyi evakuator hələ ki, şəxsiyyəti məlum olmayan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyətinin müəyyən olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir. Meyit müayinə olunmaq üçün Neftçala Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirlib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib