Salyanda evləri qarət edən oğru tutulsa da sakinlər vahimə içindədir - TƏFƏRRÜATLAR

# 16:55
1 sentyabr 2022

Avqust ayının əvvəlindən Salyan rayonun Yenikənd kəndində və ətraf kəndlərdə sakinləri döyərək evlərdən silsilə oğurluq edən “yalquzaq oğru” avqustun 21-də saxlanılıb.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, 20 gün ərzində kənd sakinlərini sözün əsl mənasında vahimə içində saxlayan Vüsal Cəfərov Yenikənd və Şəkərli kəndləri ərazisində yerləşən beş fərdi yaşayış evinə daxil olub. Üç evdən pul oğurlayan Vüsal Cəfərov son iki evə daxil olan zaman yuxudan oyanan ev sahiblərinə ağır xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

 

Sosial şəbəkələrdə yayılan məlumata görə, Vüsal Cəfərovun tutulmasına baxmayaraq kənddə hər gecə evlərə daş atırlar, kimlərsə yenə də gecələr evlərə daxil olur. Sosial şəbəkənin müzakirəsi olan bu məlumatların sorağı ilə  APA TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün həmin kəndə gedib.

 

50-dən çox kənd sakini bir ağızdan bu söhbətlərin şayiə olduğunu dedilər. Sakinlər deyilənlərdən xəbərsiz olduqlarını, artıq sakitlik olduğunu dedilər.

 

Biz də oğurluq zamanı həm fiziki, həm də maddi zərər çəkmiş kənd sakinləri ilə həmsöhbət olduq. Hadisənin necə baş verdiyini daşınan sakinlər oğrunun tutulduğundan əmin olduqlarını dilə gətirdilər.

 

Maraqlısı odur ki, şir ürəyi yemiş oğru kənd sakini Elşən Cəfərovun evinə hətta 3 dəfə daxil olub. İki halda əlidolu getsə də 3-cü dəfə evin açarını oğurlayıb.

 

Sakinlərlə söhbətdən sonra əməkdaşlarımız Salyan polis şöbəsində olublar. Polis şöbəsindən yayılan xəbərlərin şayiə olduğu bildirilib. 

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidovun bildirdiyinə görə, saxlanılan şəxs dindirilmə zamanı törətdiyi əməlləri etiraf edib və onun barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

 

Hazırda Faktlarla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR