Salyanda yeni doğulan körpəni göl kənarına atdılar
Salyanda gölün sahilinə 1 günlük uşaq atılıb. Hadisə Salyan rayonunun Qarabağlı kəndi ərazisində baş verib. Səhər saat 5 radələrində gölün sahilindən keçərək işə yollanan kənd sakini ağlayan körpə səsi eşidib. Bu barədə dərhal yerli polisə məlumat verib. Xəstəxanaya yerləşdirilən körpə həkim nəzarətinə götürülüb. Qeyd edilir ki, körpə reabilitasiya prosesini keçdikdən sonra müvafiq qurumların sərəncamına veriləcək. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalara başlanılıb. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu