Şamaxıda baxımsız qalan azyaşlılarla bağlı YENİ XƏBƏR
"Şamaxının İkinci Çaylı kəndində 5 azyaşlı uşağın baxımsız vəziyyətdə yaşadıqları barədə məlumat yayılmışdı. Sözügedən uşaqların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək".
APA TV-nin məlumatına görə, bunu Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirib.
Onun sözlərinə görə, məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib