Şamaxının bəzi kəndləri ilə əlaqə kəsilib

# 20:40
12 yanvar 2023

Dağlıq və dağətəyi rayonlara güclü qar düşməsi ara vermir. Dəniz səviyyəsindən də xeyli yüksəkdə olan Şamaxıda temperatur kəskin şəkildə aşağı düşüb.

Bəzi yerlərdə soyuq mənfi 10 dərəcəyə çatır. Yollarda yaranan buz təbəqəsi nəqliyyatın hərəkətini iflic edir. 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin canlı qüvvəsi və texnikası iki gündür şamaxı-Dəmirçi-Pirqulu yoluna səfərbər edilib.

Adıçəkilən magisrtralda vəziyyət rayonun digər kəndlərinə nisbətdə daha çətindir. Buzun əriməsi üçün asfalt örtüyünə qum və duz qarışığı səpilir. Şamaxı-Pirqulu-Dəmirçi kəndinə gedən yol qismən açılıb.

Yolların tez-tez təmizlənməsinə baxmayaraq, səngiməyən qar və şaxta yenidən buz bağlamasına səbəb olur. Rayonun Qəleybuğurd, Qala dərəsi, Sis və Keçmədin kənlərinə gediş gəliş çətinləşib.

Bu yaşayış məntəqlərinə təxminən 50 sm-ə yaxın qar düşüb. Rayon mərkəzinə gediş-gəliş tamam kəsilməsə də, yollarda hərəkət çox çətinliklə başa gəlir. Başqa bir çətinlik isə şaxtalı havada yollara qatı duman çökməsidir.

Pirbəhli,Ərçiman və Lahıc, kəndlərinə gediş-gəliş isə, demək olar ki, tamam kəsilib. Hazırda həmin ərazilərdə yolların açılması işləri görülür. Mövcud hava şəraitinin növbəti 2 gün ərzində də davam edəcəyi gözlənilir.

Mütəxəssislər Şamaxı istiqamətində hərəkət edən sürücülərə ehtiyatlı olmağı tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR