Samux sakinində uyuşdurucu vasitə aşkarlanıb
Samux sakinində narkotik aşkarlandı.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Mahir Mehrəliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Samux
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu