Samuxda bir məktəb koronavirusa görə distant təhsilə keçib

# 22:57
9 aprel 2021

Samuxda bir orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Bu barədə  APA TV-yə  Samux Rayon Təhsil Şöbəsinin müdir müavini Vüsal Cəfərov deyib. Onun sözlərinə görə, rayonun Sərhəddin Əliyev adına 2 nömrəli orta məktəbin müəlliminin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən rayon Gigiyena və Epidemilogiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib. Təhsil ocağının 527  şagirdi təhsilini distant formada davam etdirir. Vüsal Cəfərov qeyd edib ki, Samuxda  təhsil işçilərin vaksinasıyası davam edir.

Artıq dünəndən etibarən  rayonda təhsil sahəsində çalışan  heyətin vaksinasiyasına start verilib.Müəllim və texniki işçilər covid-19 infeksiyasına yoluxmamaq üçün  könüllü olaraq prosesdə iştirak edirlər.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR