Samuxda yarımtikilidə yanğın olub, 2 nəfər xəsarət alıb
Samuxda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində yerləşən istixananın yaxınlığında olan yarımtiklidə qeydə alınıb. Ümumi sahəsi 60 m² olan birmərtəbəli yarım tikilinin mətbəxtin içərisində həcmi 25 litr olan məişət qaz balonundan qaz sızıb. Bu zaman yanğınla nəticələn partlayış baş verib. Dərhal əraziyə FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu