Sarkisyanın kürəkəni Ermənistanın acizliyini etiraf etdi

# 14:19
8 sentyabr 2023

 

Son günlər Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatların sayı artıb. Ermənistan mediası İrəvanın aktiv şəkildə müharibəyə hazırlaşdığını gizlətmir. Bəzi saytlar hətta "Hindistandan silahlar boşuna alınmırdı" başlıqları ilə yazılar da dərc edirlər. Ermənistanın keçmiş prezidenti, hərbi cani Serj Sarkisyanın kürəkəni, Vatikanda səfir işləmiş Mikael Minasyan isə xalqı eyforiyaya qapılmamağa çağırıb. O qeyd edib ki, ermənilər "Köhnə, uğursuz rəvayətlərini dəyişməlidirlər". "Anlamaq lazımdır ki, əgər Ermənistanla Azərbaycan arasında müharibənin yeni mərhələsi başlayırsa və əslində hər şey buna doğru gedirsə, bu, beynəlxalq mexanizmlərin işləməməsi deməkdir. Həqiqətən də məlum mexanizmlər işə yaramırlar. Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borelin Ermənistana birbaşa mesajı sayılan son bəyanatını oxuyun. Etiraf etməliyik ki, əzizimiz Fransanın da səylərinə baxmayaraq, Paris belə regionumuzdakı problemləri həll etmək imkanına malik deyil. Biz boş ümidlərlə, əsrlər boyu yaşadığımız "infantilizm"i, Fransa gəmilərinin xilas üçün erməni dağlarına qalxacağına dair illüziyaları dayandırmalıyıq. Coğrafiyanı, geosiyasi mövqeyi qəbul etmək lazımdır", - Minasyan gileylənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR