Satıcı və alıcılar cərimələndi
Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçiriblər.
Keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı qapalı məkanlarda tibbi maskadan istifadə etməyən, özləri ilə yanaşı, digərlərinin də sağlamlığına məsuliyyətsiz yanaşan satıcı və alıcılar müəyyənləşdirilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən isə ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər aşkarlanıb. Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər saxlanılıb.
Həmin şəxslərin barəsində protokollar tərtib edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu