Saxlanılan şəxs dindirmədən sonra keçindi - APA TV
Kürdəmir rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxs xəstəxanada ölüb. DİN-in mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə şübhəli bilinən Oktay Əliyev barəsində aparılan cinayət işi ilə əlaqədar rayon polis şöbəsinə dəvət edilib. Prosessual qanunvericiliyə uyğun olaraq vəkilin iştirakı ilə dindirildikdən sonra saat 21 radələrində onun halı qəfil pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb və həkim müşayəti ilə xəstəxanaya yerləşdirilib. O, bütün tibbi müdaxilələrə baxmayaraq, ürəktutmasından vəfat edib. Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi