Səbinə Kətanova maşınla adam vurub qaçdı, verilən cəzadan narazı qaldı
Nərimanov Rayon Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən bloger Səbinə Kətanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin “avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma” maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib. Həmçinin barəsindəki cinayət təqibinə xitam verilib.
Hökmə görə, bloger “yol nəqliyyat hadisəsi yerindən qaçma” maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Buna görə də Kətanova 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib. Həmçinin onunla bağlı 6 ay müddətinə azadlığın məhdudlaşdırılması - elektron qolbaq cəzası təyin olunub.
Hökmdən narazı qalan Səbinə Kətanova apellyasiya şikayəti verilib.
Növbəti proses aprelin 5-nə təyin edilib.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)