Seçki hüquqlarına dair müraciət Baş Prokurorluğa göndərildi – APA TV
Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda Komissiyaya daxil olmuş müraciətə baxılıb. Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, habelə media nümayəndələrinin iştirak etdiyi iclasda öncə həyata keçirilən araşdırılma prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılıb, müvafiq rəy verilib və seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarılaraq Komissiya üzvlərinin müzakirəsinə təqdim olunub. Mərkəzi Seçki Komissiyasının iclasında aparılan geniş müzakirələrdən sonra müraciətin aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə qərar verilib.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)