Səfir: "Yaponiya bərpa prosesində Azərbaycana dəstək göstərməyə hazırdır"

# 00:14
6 aprel 2021

Ağdam rayon Paşabəyli kənd uşaq bağçasının yeni  binası istifadəyə verilib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, müəssisənin açılışında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı, Yaponiyanın Azərbaycandakı səfiri Vadan Cüniçi iştirak edib.  

Yaponiyanın Azərbaycandakı səfiri Vadan Cüniçi bildirib ki, Yaponiya hökumətinin həyata keçirdiyi proqram çərçivəsində yeni bağça inşa edilib:

 

“İşıqlı, təmiz, təhlükəsiz bağçada vaxtını keçirən şən uşaqların simasını gördüyüm üçün çox şad oldum. Bundan sonra da Paşabəyli kəndinin uşaqlarının bu bağçadan istifadə edərək öz vaxtlarını daha da şən keçirməsini arzulayıram” 

 

Vadan Cüniçinin sözlərinə görə, Yaponiya hökuməti bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına cavab vermək, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verəcək.

 

Səfir Azərbaycan xalqına müharibə qurbanlarına görə başsağlığı verib:

"Xüsusilə uşaqların və mülkü şəxslərin qurban olmağı bizi çox təsirləndirdi”. 

 

Yaponiyalı diplomat bərpa prosesinin uzun proses olduğunu bildirib: “Hökumət olaraq biz də öz dəstəyimizi göstərməyə hazırıq. Düşünürəm ki, bundan sonra inkişaf üçün, həm də sülhün bərpası üçün hamı əlindən gələni etməlidir. Biz də Yaponiya dövləti olaraq sülhün tərəfindəyik”.

 

Yaponiya dövlətinin dəstəyi ilə Ağdamda 2 artezian quyusu istifadəyə verilib. Yeni quyular rayonun  Xındırıstan və Çullu kəndində qazılıb. İstifadəyə verilən yeni su quyularını açlışında Yaponiyanın Azərbaycandakı səfiri Vadan Cüniçi də iştirak edib. Yeni su quyuları istifadəyə verilməyi 2924 nəfər əhalisi olan  Xındırıstan kəndinin və 1838 nəfər əhalisi olan  Çullu kəndinin içməli suya olan tələbatını qarşılayacaq.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR