Səfirlərə və hərbi attaşelərə Laçın dəhlizində baş verənlərlə bağlı nələr deyildi?

# 19:39
13 dekabr 2022

Xarici İşlər Nazirliyinin inzibati binasında diplomatik korpus nümayəndələri ilə görüş olub. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, görüşün məqsədi Şuşa-Laçın yolundakı son və real vəziyyət barədə diplomatları məlumatlandırmaqdır. O əlavə edib ki, keçirilən aksiya ilə bağlı lazımsız təbliğat və yanlış məlumatlara da rast gəlinir: “Biz “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarıda qeyri-qanuni istismarın intensivləşdiyini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldı və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına müraciət etdi. İlk görüş Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutdu və dekabrın 10-da müvafiq qurumların "Qızılbulaq"da monitorinqinin aparılması razılaşdırıldı. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır”.

 

Hikmət Hacıyev əlavə edib ki, işğal dövründə Azərbaycanın ətraf mühitinə ziyan dəyib, təbii resurslar qanunsuz şəkildə istismar olunub və bu, indi də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR