Səfirliyin önündə LGBT bayrağını kim asıb?

# 16:29
17 may 2023

Bakıda Xaqani küçəsi 45 A ünvanında asılan LGBT bayrağı diqqət çəkib. Bayraq bu gün səhər qeyd olunan məkanda, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin binası qarşısına asılıb.

Səfirliyin ofisi “Landmark Hotel Baku”nun binasında yerləşdiyindən əvvəlcə “Landmark Hotel Baku”dan açıqlama almaq istədik. Çünki sözügedən binada təkcə Britaniya səfirliyinin deyil, bir sıra səfirliklərin ofisləri yerləşir.

Böyük Britaniya səfirliyinin mətbuat xidmətinin rəhbəri Sahilə Mustafayeva isə bildirdi ki, bayraq sabah yığışdırılacaq.

Qeyd edək ki, Britaniya səfirliyinin təşəbbüsü ilə LGBT bayrağının ucaldılması şəhər sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Hər nə qədər 17 may tarixi Homofobiya və Transfobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilsə də.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR