Səhər yuxudan oyandılar ki, həyətdə meyit var
Gədəbəy rayonunun Slavyanka kəndində, rayon sakininə məxsus evin həyətində 38 yaşlı kişinin meyiti aşkarlanıb. Araşdırmalar zamanı bəlli olub ki, tapılan Yevlax rayon Aran qəsəbəsi sakini, 1985-ci il təvəllüdlü Nahid Həsənovun meyitidir. Ev sahibi məsələ ilə bağlı polisə məlumat verib və əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı həmin şəxsin naməlum şəraitdə öldüyü məlum olub. N.Həsənovun meyiti məhkəmə tibbi ekspertizasının Gədəbəy rayon şöbəsinə təhvil verilib. Meyiti aşkarlanan şəxsin Gədəbəydə gün ərzində muzdlu işlə məşğul olduğu, gecələr isə müxtəlif yerlərdə gecələdiyi bildirilir. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
Fuad Nazimoğlu Mehdi Rəşid APA TV Gədəbəy
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu