Şəhərdə şübhəli bağlama tapıldı

# 13:25
20 dekabr 2021

Şəkidə vətəndaşlardan odlu silah-sursat götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın aşkar edilməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Belə ki, rayon sakini Aydın Quliyev ərizə ilə müraciət edərək onda müvafiq sənədlər olmayan odlu silahın olduğunu bildirib və 1 ədəd ov tüfəngini könüllü olaraq polisə təqdim edib.

Şəhər ərazisində isə şübhəli bağlamanın olması barədə polis şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumatla əlaqədar əraziyə baxış keçirilib və oradan “TOZ” markalı  yivli ov tüfəngi, eləcə də 31 ədəd tapança və 34 ədəd avtomat gülləsi aşkarlanaraq görülüb.

Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR