Şəhəri vahiməyə salan adam necə tutuldu? – APA TV
Daxili İşlər Nazirliyi azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxsin necə saxlandığını açıqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev APA-ya açıqlamasında deyib ki, Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs çox təcrübəli olub. Onun oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana gördüyünü xatırladan nazirlik rəsmisi, “manyak”ın dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdığını bildirib. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat toplayıb, 57 şəhər kamera görüntülərini araşdırıb. O, əməliyyatçıların diqqətini yayındırmaq üçün xarici görkəmini, hətta yerişini də dəyişməyi bacarıb. Bütün ehtiyatlı davranışlarına rəğmən, yekunda polisi aldatmaq cəhdləri boşa çıxıb. Manyak saxlanılaraq istintaqa təhvil verilib. Daxili İşlər Nazirliyi onun saxlanılması istiqamətində əməliyyat qruplarına köməklik göstərən vətəndaşlara təşəkkür edib.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir