Şəhərin mərkəzində quraşdırılan şam ağacı yandı
Bərdədə yanğın hadisəsi baş verib.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə şəhərin mərkəzində gecə saatlarında qeydə alınıb. Şəhərin mərkəzində quraşdırılan şam ağacı yanıb. Yanğın hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Alovun ətrafdakı obyektlərə keçməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbi araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu