Şəhid anaları bir arada: Qazilərlə görüşdülər
Beyləqanda bir qrup qazi 44 günlük müharibədə şəhid olan döyüş yoldaşlarının analarını bir araya toplayaraq onları 8 mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik ediblər.
APA TV xəbər verir ki, tədbirdə iştirak edən 50 nəfərdən çox şəhid anasına öz övladları adından hədiyyələr təqdim edilib. Bu ənənənin bundan sonra respublikanın bütün şəhər və rayonlarında həyata keçiriləcəyi bildirilib:
Azərbaycan dövləti və xalqı tərəfindən daim diqqət mərkəzində olduqlarını deyən şəhid anaları övladlarının döyüş yoldaşları tərəfindən də daim qayğı gördüklərini bildirirlər.
Tədbirin bədii hissəsi şəhidlərimizə həsr olunan ədəbi-bədii kompazisiyalarla davam etdirilib.
Elgün Gəncimsoy APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib