Şəhid gizir İlham Şəmşiyevin həyat yolu
Qarabağdakı antiterror tədbirləri zamanı şəhid olan hərbiçimizdən biri də gizir Şəmşiyev İlham Şakir oğludur. 26 yaşlı hərbçimiz Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub boya başa çatıb. İlhamgil ailədə 5 uşaq olublar. O həqiqi hərbi xidməti başa vurduqdan sonra, 2017 - ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu kimi xidmətə başlayıb daha sonra xidmətini gizir olaraq davam etdirib. Yaxınlarının sözlərinə görə o, hərbi xidmərtdə fərqləndiyinə görə müxtəlif mükafatlar da alıb. İlham Şəmsiyev vətən müharibəsində də iştirak edib, ərazilərimizi düşmət tapdağından azad etməkdə fədakarlıq göstərib. Göstərdiyi qəhrəmanlıqlara görə o ”Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib