Şəhid hərbçimizlə vida mərasimi keçirilir
Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində törətdiyi təxribat zamanı şəhid olan hərbi qulluqçumuz, 1998-ci il təvəllüdlü Ayaz Nəzərovla doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində vida mərasimi keçirilir.
APA TV-nin yerli bürosunun məlumatına görə vida mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayon İcra hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsinin əməkdaşları, hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhid Ayaz Nəzərov kənd qəbiristanlığında dəfin ediləcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu