Şəhid leytenant Ümid Niftəliyevin nəşi Naxçıvana yola salındı
Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlunun nəşi Naxçıvana yola salınıb.
APA TV xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında şəhidi Müdafiə Nazirliyinin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri yola salıb.
Şəhid doğulduğu Nehrəm kəndində torpağa tapşırılacaq.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib