Şəhid Mirzəcanın komandiri: “O, hələ sağ ikən düşməndən öz qisasını almışdı”

# 11:32
7 oktyabr 2021

Orucov Mirzəcan Araz oğlu 2001-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. Hələ uşaqlıq illərindən çiyinlərinə ağır yük düşüb Mirzəcanın, atasını itirib. İllər uzunu ailəsinə qayğı göstərib və bütün çətinliklərə sinə gərib. Vətən sevgisi hər an onun qəlbində olub. Müharibə başlayanda Mirzəcan hələ 11 ayın əsgəri idi. O da səngərlərə, Vətənin müdafiəsinə yollanmışdı. Suqovuşan istiqamətindən döyüşlərə başlayıb. Yaşının az olmasına baxmayaraq qələbə əzmi ilə döyüş yoldaşlarına da stimul verirdi. Ara-sıra ailəsi, yaxınları ilə əlaqə saxlayar, hərbi sirr verməz, hər şeyin yaxşı olduğunu deyər və sağollaşardı. Son danışığı oktyabrın 5-i dayısı ilə olub. Yüksək əhval-ruhiyyə iləyaxınlarına tezliklə qələbə müjdəsi verəcəyini deyib. Lakin 2 gün sonra, oktyabrın 7-si Xocavənd istiqamətində gedən döyüşlərdə mənfur düşmənin atdıqı minamyot onun həyatına son qoyub.

 

-Allah bütün şəhidlərə rəhmət eləsin. Biz heç vaxt şəhidləri unutmarıq, bu gün biz burda şəhidlərimizə görə rahat oturmuşuq, biz onlara borcluyuq. Mirzəcan topçu olub, dəqiq nişanlar alaraq zərbə vurub. Onunla sonuncu dəfə oktyabrın 5-də danışmışam. Ayın 7-də şəhid olması xəbəri gəlib. Suqovuşanda şəhid olub.

 

-Mən fəxr edirəm ki, oğlum şəhid olub, bütün analara səbr diləyirəm, bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Mən onu əsgər yola salanda ağladı, dedi ki, ana əsgər getməyimə görə ağlamıram, ay ana, sənə görə ağlayıram ki, səni kimə tapşırıb gedirəm. Məndən çox narahat idi.

 

İşğal altındakı torpaqların azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşan Mirzəcan düşmənin xeyli sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində yaxından iştirak edib. Onun komandiri Məhəmmədəli  Həmidzadə  şəhidin çox vətənpərvər, qorxmaz əgər olduğunu deyir: " O, oktyabrın əvvəlində Ağdam ərazisində Xocavənd istiqamətində gedən döyüşdə şəhid olub. Mirzəcan idmanla məşğul olduğu üçün təlimlərdə fəal iştirak edirdi, sağlam idi, müharibənin ilk vaxtlarından başlayaraq Mirzəcanın rolu böyük idi. O, bizim yaddaşımızda çox vətənpərvər, qorxmaz əsgər kimi qalıb. O, sağ ikən düşməndən öz qisasını almışdı.”

  

Qeyd edək ki, şəhidimiz ölümündən sonra Ali Baş Komandanın Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR