Şəhid olan hərbçimiz Vidadi Zalov doğma yurdunda dəfn edildi
Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vidadi Nizami oğlu Zalovla vida mərasimi keçirilib.
Şəhidin nəşi Abşeron rayonunun Saray qəsəbəsindəki evinə gətirilib.
Vida mərasimində şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhid Saray qəsəbəsində dəfn olunub.
Qeyd edək ki, şəhidimizin 8 yaşlı qız övladı var.
Əli Əliyev
Ağa Əlizadə
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi