Şəhid Orxan Əsgərovun atası danışdı

# 16:46
31 yanvar 2023

Yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilib.

Orxan Əsgərovun ailəsinə baş sağlığı vermək üçün Gəncədə şəhər rəhbərliyi, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Recep Öztop, Nikolos İaşvili, vəzifəli şəxslər, şəhər ictimaiyyəti şəhidin doğulub böyüdüyü evdə olub, yas mərasimində iştirak edib.

Şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib ki, oğlunun şəhid olması xəbərini ilk dəfə internetdən eşidiblər.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. 29 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda, diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR