Şəhid polis serjantı Seymur Mahmudov dəfn olundu
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribatı nəticəsində Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Seymur Mahmudo¬vun dəfn mərasimi keçirilib. Şəhid Seymur Mahmudov Binəqədi kənd qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimində 3 rəngli bayrağımız şəhidin ana və atasına təqdim edib. Seymur Mahmudovun ailə üzvləri şəhid polisimizlə bağlı xatirələrini paylaşıblar. Dəfndə şəhidlərin ruhuna dualar oxunub, Seymur Mahmudovun qəbrinə tər güllər düzülüb. LƏMAN SALEHOVA VÜSAL Bayramov APA TV
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib