Şəhid polis Xəzər Zamanov dəfn edildi

# 17:06
20 sentyabr 2023

 

Rəsmdəki bu oğlan polis serjantı Xəzər Zamanovdur. O, 1998-ci ildə Sədərək rayonunda doğulub. 2 gün əvvələ qədər polis serjantı idi. İndi isə şəhid. Onu küçədə, bayırda, toyda, yasda görsəydim, ağlıma da gəlməzdi ki, bu tanımadığım oğlanın dəfnində iştirak edib, ailəsinin dərdinə, acısına şərik olmağa çalışacam, onun şəhid xəbərini yazacam. Ağıla gəlməyənlər başa gəlir. Xəzər Azər oğlu Zamanovun nəşi Bakının Nizami rayonunda yerləşən evinə gətirilib. Yolboyu sakinlər, qonşuları, yaxınları əllərində bayraq, ürəklərində kədər və qürur hissiylə şəhidin nəşini gözləyiblər. Burada onunla vida mərasimi keçirilib. Cənazə namazı qılınıb. Daha sonra isə şəhidin nəşi dəfn olunmaq üçün Xətai rayonu Sədərək qəbiristanlığına gətirilib. Dəfn mərasimində şəhidin yaxınlarıyla yanaşı, rəsmilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Şəhidin qardaşı Xəzər haqqında xatirələrini bölüşüb. Qeyd edək ki, sentyabrın 19-da Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb. Saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib. Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli – Füzuli Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı həlak olub. Saat 04:30 radsələrində DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları 1994-ci il təvəllüdlü Asim Camalzadə, 1987-ci il təvəllüdlü Ramil Şirinov, 1991-ci il təvəllüdlü Seymur Mahmudov, 1998ci il təvəllüdlü Xəzər Zamanov həlak olub. AYNUR QARA ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR