Şəhid qardaşı qəza törətdi: Ölən və yaralananlar var
Yevlaxda ağır qəza baş verib, 2 nəfər ölüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi şəhərin Ceyhun Mustafayev küçəsində qeydə alınıb. 41 yaşlı Həsən Mirzəyev idarə etdiyi minik maşınını Şəhidlər Xiyabanının hasarına çırpıb. Hadisə nəticəsində sürücü 41 yaşlı şəhid qardaşı Həsən Mirzəyev, 44 yaşlı sərnişin Rüfət Həmidov dünyasını dəyişib. Xəsarət alan daha iki nəfər sərnişin Yevlax rayon Xəstəxanasına yerləşdirilib.
Qəza zamanı avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb. Bundan başqa, Şəhidlər Xiyabanın giriş hissəsinin hasarının bir hissəsi uçub, darvazası yerindən qopub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək