Şəhid tank komandiri Yusif Xəlilovun qəhrəmanlıq tarixçəsi
Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan və kimliyi sonra müəyyənləşdirilən tank komandiri gizir Yusif Məmmədrza oğlu Xəlilov dəfn olunub. Şəhid gizir Yusif Məmmədrza oğlu Xəlilov 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. Vətəninə bağlı olan Yusif 18 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib və tank komandiri vəzifəsinə kimi yüksəlib. Şəhidimiz 2016 - cı ildə Aprel döyüşlərində iştirak edib, Lələtəpənin alınmasında qəhrəmanlıq göstərib və həmin döyüşlərdə yaralanıb. Buna baxmayaraq o hərbidə qalır və MAXE kimi fəaliyyətini davam etdirir. Qeyd edək ki, şəhid Yusif Xəlilov birgünlük antiterror tədbirləri zamanı şəhid olan və kimliyi sonradan müəyyənləşdirilən 6 hərbçidən biri idi. O, ailəli idi və iki qız övladı var. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib