Şəhid və hərbçi ailələrinin uşaqları üçün bayram tədbiri keçirilib
Şəhid və hərbçi ailələrinin uşaqları üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Yeni il şənliyi keçirilib.
APA TV Müdafiə nazirliyinin saytına istinadən xəbər verir ki, tədbirdə uşaqlarla birgə müxtəlif nağıl qəhrəmanları, Şaxta baba və qar qızı iştirak ediblər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqları təbrik edən aparıcı onlara xoşbəxt və uğurlu həyat arzulayıb.
Tədbirin bədii hissəsində nağıl qəhrəmanları uşaqlarla birlikdə rəqs edib, müxtəlif yarışlar keçirib və oyunlar qurublar.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib