ŞƏHİD ZABİTİ MİNLƏRLƏ İNSAN SON MƏNZİLƏ YOLA SALDI

# 07:07
15 sentyabr 2022

Azərbaycan Ordusunun şəhid zabiti - leytenant Ravil Mübariz oğlu Hümbətovun nəşi ailəsinə təhvil verilib.Şəhidi qarşılamaq üçün minlərlə insan toplaşıb. Şəhid zabitin yaşadığı ünvanda - Bakının Yasamal rayonunda onunla vida mərasiminə yaxınları,qohumları və dostları yığışıb.Daha sonra Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan leytenant Ravil Hümbətovun nəşi 2-ci fəxri Xiyabana gətirilib. Dəfndə yüzlərlə insan, onun yaxınları rayon icra hakimiyyətinin başçısı və digər rəsmilər iştirak edib. 35 yaşlı şəhidimiz Ravil Hümbətovun torpağa tapşırılıb. Şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.Ravil hümbətovun anası oğlunun keçdiyi şərəfli yoldan bəhs edibŞəhid zabitimizin bir sözü olub…..35 yaşlı şəhidimiz Ravil Hümbətov əslən Cəbrayıl rayonundandır.O ailəli olub, iki azyaşlı qızı var.Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR