Şəhidimiz Qəbələdə son mənzilə yola salındı
Qəbələ şəhər ictimaiyyəti 12 may tarixində ermənilərin təxribatı nəticəsində şəhid olan Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu 2001-ci il təvəllüdlü Qarayev Məhəmməd Mahir oğlunu son mənzilə yola salıb.
APA-nın yerli müxbiri xəbər verir ki, vida mərasimində şəhidin qohumlari, yaxınları, rayon ictimaiyyəti şəhidin bayrağa bükülmüş nəşini Qəbələ mərkəzi qəbiristanlığında torpağa tapşırıblar. Vida sözü ilə çıxış edənlər şəhid Qarayev Məhəmməd Mahir oğlunun vətənpərvərliyindən danışıblar.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib