Şəhidimizin xanımı yoldaşının anım gününə gedərkən öldü - KÜRDƏMİRDƏ AĞIR QƏZA
Şəhid həyat yoldaşının Zərdabda keçirilən anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.
APA TV-nin məlumatına görə, Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.
Avtomobildə olan digər sərnişin də qəzada ölüb. Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov APA-ya faktı təsdiqləyib.
APA-nın əldə etdiyi məlumata görə, qəzada Günel Ələsgərovanın övladı da avtomobildə olsa da, xəsarət almayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu