Şəhidin fotolövhəsinin üzərindəki bayraqlar cırıldı
Şəhidlərimizə, onların öz qanları ilə əbədiləşdirdikləri adlarına, ailələrinə sonsuz sevgi, hörmət və qayğı göstərmək həm dövlət idarələrinin, həm də hər bir vətəndaşın borcudur. Göyçayın Çayarxı kəndində bu sevginin, qayğının bariz nümunəsi sayıla biləcək bir hadisə aş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, Çayarxı kəndində tarix müəllimi olan Anar Əhmədov kəndin girişində şəhid Toğrul Hacıyevin xatirəsinə ucaldılan foto lövhənin yanındakı Azərbaycan və Türkiyə bayraqlarının yağışın, günəşin və küləyin təsiri nəticəsində zədələnərək görkəmini itirməsi barədə müraciəti yerli icra hakimiyyəti nümayəndəsi tərəfindən dərhal cavablandırılıb. Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Nicat Mahmudov həmin gün şəhidin atası Siyavşah Hacıyevlə birgə bayraqları dəyişərək yenisi ilə əvəz edib. Qeyd edək ki, Çayarxı kənd sakini, 1991-ci il təvəllüdlü şəhid Toğrul Hacıyev 2020-ci il sentyabrın 29-dan başlayaraq Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edib, oktyabrın 25-də Xocavənd ərazisində qəhrəmancasına şəhid olub. Toğrul Hacıyev "Cəsur əsgər", "Vətən uğrunda", "Füzuli və Cəbrayılın işğaldan azad olunmasına görə medalları ilə təltif olunub.
DİGƏR XƏBƏRLƏR

Zədə sonrası səhv müdaxilə iddiası: “DİFAİ” futbolçusu ilə məhkəmədə üz-üzə

Dənizə boylanan sirli dəhlizlər – Səngəçal karvansarasından reportaj

Xırdalanda bir neçə evdə güclü yanğın - Hadisə yerindən görüntülər
