Şəhidin xatirəsinə abidə-bulaq kompleksi inşa edilib
Zaqatalada Zərifə Əliyeva küçəsində Vətən Müharibəsinin şəhidi Elvin Məmmədovun xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.
APA TV xəbər verir ki, Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, həyatının 28-ci ilində əbədiyyətə qovuşan şəhid Elvin Məmmədovun keçdiyi döyüş yolundan danışıb.
Vurğulanıb ki, xalqımız öz igid oğulları ilə həmişə fəxr edir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq