Şəhidin yeganə övladı dünyasını dəyişdi

# 12:13
26 fevral 2023

Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin yeganə övladı dünyasını dəyişib.

 

Bu barədə məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

 

O bildirib ki, şəhidin oğlu Murad Əkbərzadə ürək çatışmazlığından vəfat edib.

 

“Ata-bala qovuşdular. Allah rəhmət eləsin”, - E.İslamoğlu bildirib.

 

Qeyd edək ki, Valeh Əkbərzadə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR