Şəhidlərin məzarına qoyulan güllər oğurlandı
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.
Bu barədə Lent.az-a Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınları məluma verib.
Şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir:
"Biz tez-tez belə hallarla qarşılaşırıq. Dəfələrlə bu barədə polisə məlumat vermişik. Hətta gül oğruları kameralara da düşüb. Həmin görüntüləri də polisə təqdim etmişik. Bu xırda hadisə kimi görünsə də, şəhid ailələrinə çox böyük hörmətsizlikdir".
Xatırladaq ki, xiyabanın sözügedən ərazisində mühafizə fəaliyyət göstərir.
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi